Yanvar16
Hörmətli AEGEE Bakı üzvləri!!!
Siz bildiyiniz kimi, AEGEE-Bakı öz fəaliyyətini işçi qrupları vasitəsilə qurur. Bunlar: Mədəniyyət, Ətraf mühit, Rəqs və Əyləncə, Beynəlxalq Siyasət, Visa Freedom, İnformasiya Texnologiyaları, İnsan Hüquqları, Təhsil, Sosial elmlər və İctimaiyyətlə Əlaqələr işçi qruplarıdır. Və artıq bu işçi qruplarını müəyyənləşdirməyin vaxtı gəlib çatdı. Bunun birinci mərhələsi isə koordinatorlar seçimidir.
Nəzərinizə çatdırmaq istəyirik ki, İşçi Qruplarına koordinatorluq seçimi başladı.
Müraciət üçün son tarix 28 yanvar 2012-ci ildir.
Ətraflı oxu »
Yanvar7
Beynəlxalq Novruz Festivalı Azərbaycan” adlı beynəlxalq layihə AEGEE-Bakının ən böyük və yaddaqalan layihəsidir desək heç də yanılmarıq. Layihə dünya gənclərinin xalqımızın milli adət və ənənəsi, dəyərləri və tarixi haqqında məlumatlandırmaq məqsədi daşıyan mədəniyyətlər arası gənclər mübadiləsi təşəbbüsüdür. Hər il olduğu kimi bu il də İNFA`a (İnternational Novruz Festival in Azerbaijan) hazırlıqlar böyük həvəs və coşğuyla başlayır.
Если мы скажем что проект под названием “Международный фестиваль Новруз в Азербайджане” является самым грандиозным и запоминающимся проектом AEGEE Баку, мы не ошибемся. Целью этого проекта является донести до молодежи из разных стран традиции, культурные ценности, исторические особенности Азербайджана и тем самым участвовать в культурном обмене. В этом году, так же как и всегда, подготовки к INFA уже начались со всей живостью и воодушевлением
We have got some striking news for YOU from Land of Fire!
We offer you the great opportunity to enjoy the most exciting spring in your life!
If you really want
-to celebrate the most important holiday Novruz with us;
-to spend your spring holidays in The Land of Fire-Azerbaijan;
-to visit the most beautiful places;
-to learn many interesting customs and traditions;
Ətraflı oxu »
Yanvar1
AEGEE-Bakı Mədəniyyət və İncəsənət İşçi Qrupu maraqlanan adamların ideyalarını bölüşə biləcəyi və mədəni fəaliyyətlərini inkişaf etdirə biləcəyi qrupdur. İQ-nın məqsədləri birtərəfli deyil. Gənclərimizin mədəniyyət sahəsində məlumatlandırılması bizim qarşımıza qoyduğumuz əsas məqsədlərdən biridir. Bununla belə, bura yalnız Azərbaycan mədəniyyəti deyil, o cümlədən, gənclərin dünyagörüşünün genişlənməsində önəmli rol oynayan Avropa mədəniyyəti də daxildir. Onlarda digər mədəniyyətlərə qarşı hörmət hissinin aşılanması qrupun əsas ideyasıdır. Bunun üçün müxtəlif ölkəmiqyaslı yerli tədbirlər təşkil etmək və daha iri Avropamiqyaslı tədbirlərə qoşulmaq məqsədlərimizdən ikinci sırada duranıdır.
Gəlin Mədəniyyətimizi və İncəsənətimizi Sevək və Tanıdaq !