Bölmə Arxivi: İşçi Qrupları

İQ üçün Koordinatorların seçimi

Hörmətli AEGEE Bakı üzvləri!!!

Siz bildiyiniz kimi, AEGEE-Bakı öz fəaliyyətini işçi qrupları vasitəsilə qurur. Bunlar: Mədəniyyət və İncəsənət, Ətraf mühit, Rəqs və Əyləncə, Beynəlxalq Siyasət, Visa Freedom, İT və Media, İnsan Hüquqları və Təhsil işçi qruplarıdır. Və artıq bu işçi qruplarını müəyyənləşdirməyə vaxt gəlib çatdı. Bunun birinci mərhələsi isə koordinatorlar seçimidir.

Nəzərinizə çatdırmaq istəyirik ki, İşçi Qruplarına koordinatorluq seçimi başladı.

Müraciət üçün son tarix 28 yanvar 2012-ci ildir.

Rəqs və Əyləncə

“Rəqs və Əyləncə” işçi qrupunun məqsədi gəncləri Azərbaycanın milli rəqsləri və eləcə də bir sıra xarici rəqslərlə tanış etmək, onların boş vaxtlarının daha səmərəli və Əyləncəli keçmməsinə şərait yaratmaqdır. İşçi qrupu AEGEEyə həsr olunmuş “AEGEE” rəqsini də tərtib edib AEGEE üzvlərinə təqdim edəcək. Bundan başqa “Əyləncə” mövzusunda bir sıra layihələr də həyata keçirməyi planlaşdırırıq.

Unutmayaq ki, Milli Rəqsimiz dünya rəqslərindən də dəyərlidir !