Bölmə Arxivi: İşçi Qrupları

Mədəniyyət və incəsənət

AEGEE-Bakı Mədəniyyət və incəsənət işçi Qrupu maraqlanan adamların ideyalarını bölüşə biləcəyi və mədəni fəaliyyətlərini inkişaf etdirə biləcəyi qrupdur. İQ-nın məqsədləri birtərəfli deyil. Gənclərimizin mədəniyyət sahəsində məlumatlandırılması bizim qarşımıza qoyduğumuz əsas məqsədlərdən biridir. Bununla belə, bura yalnız Azərbaycan mədəniyyəti deyil, o cümlədən, gənclərin dünyagörüşünün genişlənməsində önəmli rol oynayan Avropa mədəniyyəti də daxildir. Onlarda digər mədəniyyətlərə qarşı hörmət hissinin aşılanması qrupun əsas ideyasıdır. Bunun üçün müxtəlif ölkəmiqyaslı yerli tədbirlər təşkil etmək və daha iri Avropamiqyaslı tədbirlərə qoşulmaq məqsədlərimizdən ikinci sırada duranıdır.

Gəlin Mədəniyyətimizi və incəsənətimizi Sevək və Tanıdaq !

Viza

AEGEE-Bakı olaraq əsas məqsədlərimizdən biri sərhədsiz Avropadır ki, viza rejiminin hələ də  mövcud olması bu işdə ən böyük  əngəllərdən birini təşkil edir.  Schengen bölgəsinin genişlənməsi ile bir çox tələbə  artıq rahat formada səyahət edəbilməkdədir, lakin  bunun Avropa sərhədlərini keçərək digər ölkələri əhatə edə bilməməsi bir çox gənci bundan təcrid edir.

AEGEE-Bakı Visa freedom işci qrupunun əsas məqsədi viza alacaq olan üzvlərə dəstək olmaq və viza prosedurlarını üzvlərə izah etmək. Hər hansı bir problem yarandıqda isə birbaşa İşçi Qrupu olaraq fəaliyyətə keçməkdir.