Yanvar1
AEGEE-Bakı Mədəniyyət və İncəsənət İşçi Qrupu maraqlanan adamların ideyalarını bölüşə biləcəyi və mədəni fəaliyyətlərini inkişaf etdirə biləcəyi qrupdur. İQ-nın məqsədləri birtərəfli deyil. Gənclərimizin mədəniyyət sahəsində məlumatlandırılması bizim qarşımıza qoyduğumuz əsas məqsədlərdən biridir. Bununla belə, bura yalnız Azərbaycan mədəniyyəti deyil, o cümlədən, gənclərin dünyagörüşünün genişlənməsində önəmli rol oynayan Avropa mədəniyyəti də daxildir. Onlarda digər mədəniyyətlərə qarşı hörmət hissinin aşılanması qrupun əsas ideyasıdır. Bunun üçün müxtəlif ölkəmiqyaslı yerli tədbirlər təşkil etmək və daha iri Avropamiqyaslı tədbirlərə qoşulmaq məqsədlərimizdən ikinci sırada duranıdır.
Gəlin Mədəniyyətimizi və İncəsənətimizi Sevək və Tanıdaq !
Yanvar1
AEGEE-Bakı olaraq əsas məqsədlərimizdən biri sərhədsiz Avropadir ki, viza rejiminin hələ də mövcud olması bu işdə ən böyük əngəllərdən birini təşkil edir. Schengen bölgəsinin genişlənməsi ile bir çox tələbə artıq rahat formada səyahət edəbilməkdədir, lakin bunun Avropa sərhədlərini keçərək digər ölkələri əhatə edə bilməməsi bir çox gənci bundan təcrid edir.
AEGEE-Bakı Visa freedom işci qrupunun əsas məqsədi viza alacaq olan üzvlərə dəstək olmaq və viza prosedurlarını üzvlərə izah etmək. Hər hansı bir problem yarandıqda isə birbaşa İşci Qrupu olaraq fəaliyyətə keçməkdir.
Yanvar1
Müasir cəmiyyətin ən ali dəyəri insan və onun hüquqlarıdır. Hər bir insanın hüquqları olduğu kimi başqalarının hüquqlarına hörmət etmək vəzifəsi də vardır. Bizim də məqsədimiz “İnsan Hüquqları” İQ olaraq bu vəzifəni cəmiyyətə aşılamaqdır. Hüquqlarını bilməyən bir cəmiyyətin gələcəyi barədə ümidverici bir fikir söyləmək müşkül olur, düzdür? O zaman gəlin birgə hüquqlarını bilən cəmiyyətin gələcəyini quraq!
Hüquqlarımızı öyrənək və özümüzü müdafiə edək!
Yanvar1
İT və Media İşçi Qrupu – İT və Media sahələri ilə bağlı gənclərin maarifləndirilməsi, müxtəlif təlim və tədbirlərin təşkili. AEGEE-Bakıda və ictimati sektorda baş verən hadisələri və tədbirləri saytda işıqlandırmaq. Sayta mütəmadi olaraq xəbər yerləşdirmək. Bu işçi qrupunun əsas vəzifəsi İnformasiya texnologiyaları və media sahəsinin inkişafına nail olmaq və gənclərin maarifləndirilməsidir.