AEGEE-Bakı

AEGEE – European Students Forum

Alumni Club

Yanvar1


AEGEE-Alumni nedir?

AEGEE-Alumni Avropa Telebeler Forumu Baki Ictimai Birliyinde en az 1 il erzinde  fealiyyet gostermish, AEGEE deyerlerine sahib cixan uzvlere shamil edilir.

Kimler AEGEE-Alumni adina layiq gorule biler:

- En az 1 il erzinde AEGEE-Baki uzvu olmush

- AEGEE fealiyyetini bitirmish

- AEGEE missiyasi etrafinda lazimi surede  ishlemish

Ətraflı oxu »

Hüquqlar, Öhdəliklər

Yanvar1

AEGEE-Bakının üzvləri öz aralarında bərabər hüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:

Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək AEGEE-Bakının hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq;
AEGEE-Bakının fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
AEGEE-Bakının rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
Öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün AEGEE-Bakıya müraciət etmək;
Onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, AEGEE-Bakının müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.

Ətraflı oxu »

Üzvlük Haqqında

Yanvar1

# Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. AEGEE-Bakının təsisçiləri həm də AEGEE-Bakının üzvləri hesab olunurlar.

# AEGEE-Bakıya üzvlərin qəbulu AEGEE-Bakının İdarə Heyəti tərəfindən aparılır.
# AEGEE-Bakıya daxil olmaq üçün idarə heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində idarə heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi AEGEE-Bakının üzvü seçilmiş hesab edilir.

Ətraf Mühit

Yanvar1

Ətraf Mühit İQ AEGEE-Bakı-nın əsas İQ-larından biri hesab olunur. Bu İQ ətrafımızda olan ekoloji problemləri daha da aşkara çıxararaq, cəmiyyətimizə bu problemlərin səbəblərini göstərərək müxtəlif həlli yollarını təklif edir. Bundan əlavə Ətraf Mühit İQ cəmiyyətimizi, təbiətimizi birlikə qorumağa çağırır. İQ gələcəkdə ətraf mühitlə əlaqədar müxtəlif beynəlxalq təşkilatlarla da əmədaşlıq etməyi nəzərdə tutur.Ümumiyyətlə, Ətraf Mühit İQ-ın əsas məqsədi ətraf mühitin bizim və bizim  gələcəyimiz üçün nə qədər önəm kəsb etdiyini ilk öncə AEGEE-Bakı üzvlərinə, universitet tələbələrinə, daha sonra isə cəmiyyətimizə müxtəlif üsullarla təbliğ edərək onlara bu haqda daha da dərindən düşünməyi vadar etməkdir.

Təbiəti qoruyaq, gələcəyi quraq !

Səhifə 3 / 512345